Haqqımızda

     Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli 2983 saylı sərəncamını həyata keçirmək məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı 02 fevral 2009-cu il tarixdə 45 saylı sərəncamla, Bakı şəhərinin inzibati ərazisində əmələ gəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin İxtisaslaşdırılmış Sanitariya – Təmizlik və Kommunal Xidmətlər İdarəsinə həvalə etmişdir.

    Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 13 avqust 2012-ci il tarixli 357 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində təsis edilmiş “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti struktur vahidi kimi Bakı Şəhər Mənzil – Kommunal Təsərrüfatı Departamentinin tabeliyinə verilmiş və Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti sədrinin 13/3 saylı 26 fevral 2013-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması və zərərsizləşdirilməsi üçün müvafiq müəssisəyə təhvil verilməsi, bu xidmətlərlə bağlı fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanması və sanitariya-təmizlik tədbirləri çərçivəsində digər işlərin görülməsi “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuşdur. Bu məqsədlə dövlət tərəfindən ən müasir kommunal təyinatlı “MAN”, " MERCEDES BENZ " (Almaniya), "MİTSUBİSHİ" "İSUZİ" Yaponiya və “İVECO” (İtaliya) markalı, 7 m³, 18 m³, 22 m³ tutumlu avtomaşınlar alınaraq müəssisənin balansına verilmişdir. Bərk məişət tullantılarının daşınması, şəhərin sanitar təmizliyinin tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi, tullantıların müxtəlif özəl müəssisələr və fiziki şəxslər tərəfindən pərakəndə, texniki normativlərə cavab verməyən formada daşınaraq, şəhərin qadağa olunan yerlərinə atılmasının qarşısının alınması, qeyri qanuni zibil poliqonlarının yaradılması, eyni zamanda dövlət tərəfindən alınmış kommunal təyinatlı avtomaşınlardan daha səmərəli istifadə olunması məqsədi ilə müəssisəmizə tapşırılmışdır.

    İşlərin dəyəri “ Məişət tullantılarının yığılması , daşınması və zərərsizləşdirilməsi xidmətləri tariflərinin tənzimlənməsi barədə ” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 05 nömrəli qərarına əsasən 1 m3 məişət tullantısının daşınma tarifi ƏDV ilə 10 (on) manat müəyyən edilmişdir.

    Tullantıların daşınması qrafiki sifarişçinin istəyinə uyğun tutulur. Ehtiyac olduqda sifarişçiyə iri tullantıların daşınması üçün 7 tonluq iri konteyner təqdim olunur. Xidmət göstərəcək fəhlə və sürücülər xüsusi uniforma ilə təmin edilir, onlara gündəlik işə başlamamışdan əvvəl təlimat keçirilir, zahiri görünüşlərinin təmiz saxlanması daima diqqət mərkəzindədir.

   Əlavə olaraq bildiririk ki, müəssisəmizdə hər bir nəqliyyat vasitəsi GPS-lə təmin olunmuşdur. Qurulan 24 ədəd kameraların vasitəsilə isə müəssisənin ərazisi və orada yerləşən texnika daim nəzarətdə saxlanılır. Bütün bunlar xidmət səviyyəsinin yüksəldilməsi üçündür.

    Hal-hazırda Bakı şəhərinin davamlı olaraq sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun təmizliyinin təmin edilməsi ilə bağlı xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə, Böyük Britaniyanın “Mott Macdonald” şirkəti ilə müqavilə imzalanaraq, Bakı şəhərində sanitar təmizliyin “Baş Layihəsi”-nin hazırlanması üzrə işlərə başlanmışdır. Pilot layihə olaraq işlər 10 iyul 2019-cu il tarixindən Nərimanov rayonundan, daha sonra 01 mart 2021-ci il tarixindən Nizami rayonunda, 01 aprel 2021-ci il tarixindən Nəsimi rayonu üzrə, 01.05.2021-ci il tarixdən isə Yasamal rayonu üzrə Pilot Layihəyə start verilmişdir. Rayon üzrə xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə qarışıq və çeşidlənmış tullantıları daşınaraq zərərsizləşdirilməsi üçün “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən müəssisələrinə (yararlılığına görə: çeşidləmə zavodu və yandırma zavodu ) təhvil verilir. Qısa vaxt ərzində layihə Bakı şəhərini tam əhatə edəcəkdir.

   Ölkə başçısının tapşırığı əsasında Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı xidmələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə ayrılan vəsait hesabına Almaniyadan alınmış xüsusitəyinatlı ”MAN” markalı nəqliyyat vasitələri gətirilərək, avtoparkın yenilənməsinə başlanmışdır. Hal-hazırda Bakı şəhəri üzrə 120-ə yaxın xüsusi təyinatlı nəqliyyat vasitəsi gündəlik xidmət göstərir

   Bundan başqa, plastmas konstruksiyalı 1.1 m3 həcmli qapaqlı konteynerlər alınaraq, şəhər ərazisində yerləşdirilən metal konstruksiyalı konteynerlərin əvəzlənməsi davam etdirilir.

Əlaqə

Bizə yazın:

COPYRIGHT © 2022 - KXM.az